Fransanın Ruan şəhərində XVII beynəlxalq türk dilləri qurultayı keçirilib. Qurultayın təşkilat komitəsinin sədri, Ruan Universitetinin professoru Mehmet Əli Əkinçi iştirakçıları salamlayaraq, tədbirə dəstək verən təşkilatlara, o cümlədən Azərbaycanın Fransadakı səfirliyinə təşəkkür edib.
Qurultay çərçivəsində konsert təşkil edilib. Konsertdən əvvəl fransız bəstəkarı, Xocalı soyqırımına həsr edilmiş “Xocalı 613” əsərinin müəllifi Pyer Tilua çıxış edərək Azərbaycan mədəniyyəti və musiqisi barədə fikirlərini bölüşüb.
Sonra Azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva fransız musiqiçilərinin müşayiəti ilə dahi musiqiçi Qara Qarayevin əsərlərini, fransalı bəstəkarın “Xocalı 613” əsərini, həmçinin digər xarici bəstəkarların yaradıcılığından nümunələr səsləndirib.
Qurultay zamanı iştirakçılara Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş Azərbaycan mədəniyyətinə aid kitab və broşürlər paylanılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar