Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının sentyabr repertuarı zəngindir. Filarmoniyanın mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 15-də Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.
Sentyabrın 18-də isə filarmoniyada Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının açılışı keçiriləcək. 19, 20, 22, 26 sentyabr tarixlərində beynəlxalq festival çərçivəsində konsertlər olacaq.
Həmçinin filarmoniyanın kamera və orqan musiqisi zalında sentyabrın 20, 21, 23, 27 tarixlərində festival çərçivəsində konsertlər təqdim ediləcək. Musiqisevərlər yerli və xarici incəsənət ustalarının, musiqi kollektivlərinin çıxışlarını dinləmək imkanı qazanacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar