Bolqarıstanda Şərqi Avropa və MDB-nin doqquz ölkəsindən, o cümlədən Azərbaycandan olan uşaq, yeniyetmə və gənclərin iştirakı ilə I beynəlxalq “Dəniz incisi” müsabiqə-festivalı keçirilib.

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən verilən məlumata görə, festivalda rəqs, vokal və nəğmə, rəsm, fotoqrafiya və kino üzrə yaradıcılıq ustalığı yarışları keçirilib. Sirk ustalığı və idman nailiyyətləri də təqdim edilib. Gənclərin “Sozvezdiye” yaradıcılıq klubunun üzvlərinin və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzi yetirmələrinin çıxışları uğurlu olub.
Mükafata layiq yerlərin bir neçəsini Azərbaycandan olan iştirakçılar tutublar. “Təsviri incəsənət” nominasiyasında Aytən Abdullayeva (böyük qrup) və Emin İmanov (kiçik qrup), “Estrada vokal-solo” nominasiyasında Səid İsmayılzadə birinci olub. “Fotoqrafiya” nominasiyasında Viktoriya Korobova ikinci yeri tutub, həmin nominasiyada Anastasiya Parfyonova xüsusi mükafat alıb. “Təsviri incəsənət” nominasiyasında Nahidə Əhmədova (böyük qrup) və Aleksandra Korobova (kiçik qrup) üçüncü olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar