Sentyabrın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan musiqi mədəniyyəti korifeylərinin gəncliyi” adlı tədbir keçirildi.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbirin Milli Musiqi Gününə həsr olunduğunu diqqətə çatdırdı, əlamətdar günün tarixi barədə danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmana uyğun olaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü milli musiqi bayramı kimi qeyd olunur.
Tədbirin mövzusundan söz açan direktor bildirdi ki, Azərbaycanın görkəmli bəstəkarları ilk musiqi əsərləri ilə diqqəti cəlb edərək ümumxalq sevgisi qazanıblar və bu məhəbbətimiz tükənməzdir.
Fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, muzeyin elmi işçisi Əzirə Abdullayeva bəstəkarlarımızın gənclik illərində yazdıqları əsərləri təhlil etdilər. Çıxışlar muzeyin materialları əsasında hazırlanan slayd-şou ilə müşayiət olundu.
Sonra Balakən rayonundan muzeyə hədiyyə edilən tənbur musiqi alətinin və muzeyin direktoru Alla Bayramovanın rus dilində çap olunan “Nizami Gəncəvinin poemaları incəsənətin qarşılıqlı inikası kontekstində” kitabının təqdimatı oldu.
Tədbirdə muzeyin nəzdində fəaliyyət göstərən Dövlət Qədim Musiqi Alətləri Ansamblının ifasında (solistlər əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov, Səidə Şərifəliyeva) Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından səhnə, “Qaragöz”, Qara Qarayevin “Sonata”, Fikrət Əmirovun “Ulduz” poeması, Niyazinin “Prelyüd”, “Skertso” əsərləri, Balakən rayonundan İbadulla Qarayev və Yetim Ərəbiddinin ifasında “Deyişmə”, “Qərib hava” səsləndirildi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar