Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisaslaşdırılmış məktəb-studiyası yetirmələrinin xoş soraqları gəlməkdə davam edir. Bir çoxlarının yay tətilindən və istirahətdən zövq aldığı bir zamanda məktəbimizin qabaqcıl şagirdləri çalışmağı üstün tutdular.
Məktəb-studiyanın 11-ci sinif şagirdi Murad Abasov və məktəbimizin məzunu Vüsalə Babayeva avqustun 21-dən 24-dək Almaniyanın Miskirx şəhərində keçirilən professor Tomislav Baynovun ustad dərslərinin iştirakçısı olmuşlar. Hər iki pianoçu məktəbimizin təcrübəli müəllimlərindən olan Ayişə Əliyevanın sinfində təhsil alır. Qeyd edək ki, Murad Abasov iyul ayında Qəbələ musiqi festivalının da iştirakçısı olmuşdu. Almaniyadakı ustad dərslərinə dünyanın başqa ölkələrindən də iştirakçılar qatılmışdı. Dərslərin sonunda iştirakçıların konsert proqramı keçirildi.
Professor Tərlan Seyidovun yetirməsi olan digər şagirdimiz Firuzə Bəylərova isə 21-26 iyul tarixində İtaliyanın Neapol şəhərində məşhur pianoçu professor Antonio Pompa-Baldidən dərs almışdır. Bu dəvət Firuzəyə daha öncə ABŞ-ın Kaliforniya ştatında keçirilən pianoçuların XV beynəlxalq müsabiqəsinin iştirakçısı olduğu zaman şəxsən Antonio Pompa-Baldi tərəfindən edilmişdir.
Qeyd edək ki, hər üç ifaçı respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsüdür və adları gənc istedadların “Qızıl kitabı”na salınmışdır.
Biz də məktəbimizin adını ucalara qaldıran şagirdlərimizə “afərin!” deyərək, onları təbrik edir, uğurlarının davamını diləyirik.

Vəfa Həmidova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar