Heydər Əliyev Sarayı yeni konsert mövsümünü sentyabrın 19-da keçirilən “İsti payızın sərin nəğmələri” adlı geniş musiqili-əyləncəli konsert proqramı ilə açıq elan edib.
Sarayın təşəbbüsü ilə keçirilən konsertdə tanınmış sənətçilər Səbinə Babayeva, Səlim Abbasov (skripka), Sevda Yahyayeva, Nurlan Növrəsli, Günay İbrahimli, Murad Sadıx, Amil Həsənoğlu, Kənan Qədimov, Pərviz Abdullayev, Nicat Məhərrəmov, Nicat Cəfərzadə, Elçin Cəfərov və başqaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
İstedadlı xanəndələr Gülay Qədirova və Elnur Zeynalovun ifaları da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Xanəndələri Rövşən Qurbanov (tar) və Ceyhun Muradov (kamança) müşayiət edib.
Saray rəhbərliyinin dəvəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Binəqədi, Nəsimi rayon şöbələrinin, Psixonevroloji dispanserin, “Dəcəllər” Daun Sindromlu Uşaqlar Birliyinin, “Himayə” və “Ümid işığında” uşaq təşkilatlarının kollektivləri təmənnasız olaraq musiqili-əyləncəli konsertdə iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar