Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən davam edən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı sona yaxınlaşmaqdadır.

Sentyabrın 25-də festival çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində konsert olub. Gənc musiqiçilər “Üzeyir Hacıbəyliyə ithaf” adlı proqram təqdim ediblər.
Konsertdən öncə muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək ənənəvi olaraq keçirilən belə festivalların gənc musiqiçilərin yaradıcılıq imkanlarını genişləndirməsinə şərait yaratdığını vurğulayıb.
Sonra söz musiqiyə verilib. Kamera musiqisi konsertində Dilarə Əliyeva (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Ziba Rəcəbli (alt), İlahə Sadıxzadə (piano) ifaları maraqla qarşılanıb.
Sentyabrın 25-də festivalın daha bir konserti isə Ağcabədi şəhərindəki “Qarabağ” Muğam Mərkəzində gerçəkləşib. Konsertdə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, həmçinin Ağcabədi şəhər incəsənət məktəbinin və Qarabağ Muğam Mərkəzinin ifaçıları tərəfindən dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib. İfa edilən mahnılar, muğam və təsniflər, “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarından və “Koroğlu” operasından parçalar tamaşaçılarda xoş ovqat yaradıb.
Musiqi bayramının iştirakçısı olan “Avstraliyanın gənc virtuozları” kamera ansamblı (bədii rəhbər Emin Tağıyev) sentyabrın 26-da Bakı Musiqi Akademiyasının zalında, ayın 27-də isə Kamera və Orqan Musiqisi Zalında konsert verəcək. Sentyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına Dövlət Kamera Orkestri (dirijor Yalçın Adıgözəlov) çıxış edəcək. Solist litvalı pianoçu Kasparas Uinskasdır.
Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalına sentyabrın 28-də Akademik Opera və Balet Teatrında V.A.Motsartın “Fiqaronun toyu” operasının premyerası ilə yekun vurulacaq. Tamaşanın dirijoru Əyyub Quliyev, solistlər İnarə Babayeva və Vladimir Qromovdur (Belarus).
Qeyd edək ki, Üzeyir Hacıbəyli festivalı beynəlxalq sənət aləmində də rezonans doğurub. “Euronews” televiziya kanalının İtaliya bölməsinin saytında festivaldan bəhs edən reportaj yerləşdirilib.
Reportajda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsinə də yer verilib: “Bakı hər zaman Qafqazın mədəniyyət paytaxtı olub. Biz mədəniyyət və idman sahəsindəki tədbirlərə görə regionun ən qabaqcıl ölkəsinə çevrilmək niyyətindəyik”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar