Tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova oktyabrın 5-də İngiltərənin Surrey qraflığının Şərqi Molsi şəhərində “Hampton Court Palace” məkanında konsert proqramı ilə çıxış edəcək. İstedadlı musiqiçi ingilis sənətsevərlər qarşısında növbəti konsertində İ.S.Baxın skripka üçün 2 nömrəli “Sonata” əsərini ifa edəcək.