Rusiyanın Sankt-Peterburq şəhərində məşhur bəstəkar Andrey Petrovun adını daşıyan bəstəkarların VIII beynəlxalq müsabiqəsi keçirilib.
D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında müsabiqənin seçim konsertində münsiflər heyətinə Azərbaycanın Xalq artisti, professor Firəngiz Əlizadə sədrlik edib.
Firəngiz Əlizadəyə belə nüfuzlu layihədə etimadın göstərilməsi Azərbaycan bəstəkarlıq məktəbinə hörmətin xoş təzahürüdür. İlk dəfədir ki, azərbaycanlı bəstəkar belə bir müsabiqənin münsiflər heyətinə rəhbərlik edir.
Üç mərhələdən ibarət müsabiqənin seçim turuna Rusiya, Belarus, İtaliya, Kanada, İsveç, Estoniya, Yaponiya, Ukraynadan simfonik orkestr üçün nəzərdə tutulmuş 187 əsər təqdim olunub. Onlardan 140-ı ikinci mərhələyə, 6-sı isə final mərhələsinə vəsiqə qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar