Türkiyə kinematoqrafçılarının ötən il lentə aldıqları “Kəpənəyin röyası” (“Kelebeğin rüyası”) bədii filmi ABŞ-da 15-ci Moondance beynəlxalq festivalında “Ən yaxşı musiqi” nominasiyasında mükafat qazanıb. Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik filmin bəstəkarı Rahman Altını təbrik edərək bu nailiyyətin filmə hazırda iddiaçılar sırasında olduğu 57-ci “Qremmi” mükafatı uğrunda yarışmasında da dəstək qazandıracağını deyib. “Kəpənəyin röyası” müsabiqədə 4 nominasiyada namizəd göstərilib.