19-30 oktyabr tarixlərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakıda ənənəvi beynəlxalq caz festivalı keçiriləcək. Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Filarmoniyası, Mahnı Teatrı və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Terence Blanchard, Stanley Clarke, Craig Taborn, Anat Cohen, Michel Camilo, Trilok Gurtu, Terri Lyne Carrington və başqalarının çıxışları gözlənilir. Eyni zamanda, Azərbaycanın tanınmış caz ifaçıları və caz qrupları - Salman Qəmbərov, Elçin Şirinov, Rain Sultanov, “Rast” qrupu, "Cəngi" caz qrupu və istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.
“Bakı Caz Festivalı - 2014” çərçivəsində Heydər Əliyev Sarayında üç konsert proqramı təqdim olunacaq. Saraydan verilən məlumata görə, 21 oktyabrda “Rast” qrupunun 20 illiyi münasibətilə yubiley konserti olacaq.
Oktyabrın 22-də məşhur cazmen Terence Blanchardın kvintetinin konserti keçiriləcək. Caz ifaçısını konsertdə, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. 28 oktyabrda isə dünya şöhrətli cazmen, bəstəkar Stanley Clarkenin qrupunun konserti olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar