Azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva “Deko” beynəlmiləl ansamblı ilə Böyük Britaniya Liberal Demokrat Partiyasının Qlazqoda keçirilən illik konfransında çıxış edib.
Səbinə Rakçeyeva Nyu-Yorkda yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) incəsənət və mədəniyyət üzrə məsləhətçisidir. TEAS-dan bildirilib ki, azərbaycanlı skripkaçı tanqo musiqisindən parçalar və Azərbaycan musiqisindən ibarət kompozisiyalar ifa edib. Vaqif Mustafazadənin həzin “Mart” kompozisiyası, gitaraçı Rob Luft tərəfindən ifa olunan Azərbaycan xalq mahnısı “Sarı gəlin” böyük maraqla qarşılanıb.
“Deko” ansamblı Bartosz Qlovatski (akkordion), Rob Luft (gitara), Səbinə Rakçeyeva (skripka), Rikardo Qosalbo (piano) və Yelena Marigomez (ikili bass) kimi musiqiçilərdən ibarətdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar