Qoçaq Əsgərov Şanxay festivalında çıxış edəcək

İstedadlı gənc xanəndə Qoçaq Əsgərov Çin Xalq Respublikasının Şanxay şəhərində dünya musiqi festivalı (“Shanghai World Music Festival-2014”) çərçivəsində üçgünlük konsert proqramı ilə çıxış edəcək.
Oktyabrın 16-da xanəndənin çıxışından əvvəl musiqişünas, UNESCO-nun eksperti Sənubər Bağırova iştirakçılara Azərbaycan musiqisi, muğamları haqqında məlumat verəcək.
Xanəndə bildirib ki, bu dəvət ona dünya ulduzlarının konsertini təşkil edən məşhur menecer Lijiang Tang tərəfindən edilib: “İngiltərədəki konsertimi dinləyən menecer mənim səsimi festival dinləyicilərinə eşitdirmək qərarına gəlib. Konsertdə “Mahur”, “Şur” muğamları, “Bayatı-Şiraz”, “Şüştər” təsnifləri və xalq mahnılarını səsləndirəcəyəm”.
Xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edəcək.
Qeyd edək ki, konsertlə bağlı Şanxayın küçələrinə vurulan afişalarda Qoçaq Əsgərov “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar