Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda keçirilən “Türkiyə caz festivalı” çərçivəsində qardaş ölkənin məşhur caz ustası, pianoçu, bəstəkar Evrim Demirelin konserti maraqla qarşılanıb. İfaçı pianoda öz əsərləri ilə yanaşı, bir sıra caz musiqilərini də səsləndirib. Fərqli ifası ilə Azərbaycan tamaşaçılarına unudulmaz anlar yaşadan Evrim Demireli musiqisevərlər ayaq üstə alqışlayıb. Onun türkiyəli ifaçı Oya Ergünlə birlikdə səsləndirdiyi “Sarı gəlin” mahnısı da gecəyə xüsusi rəng qatıb. Qeyd edək ki, festivala Azərbaycanda fəaliyyət göstərən məşhur türk ifaçısı Oya Ergünün konsert proqramı ilə yekun vurulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar