Noyabrın 26-da məşhur Vyana Ştraus Festival Orkestri ilk dəfə Bakıda Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Heydər Əliyev Mərkəzindən bildiriblər ki, konsertin proqramında dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohan Ştrausun (Johann Strauss), eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri səslənəcək.
Qeyd edək ki, Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir. Orkestr müxtəlif festivalların, həmçinin Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə açılır.
Kollektiv 35 illik fəaliyyətində Yaponiya, Çin, Koreya Respublikası, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyasının qəlbini fəth edib. Orkestrin yaradıcısı və bədii rəhbəri məşhur dirijor, virtuoz skripkaçı Peter Qutdur. O, İohan Ştraus ənənəsinin davamçısı olaraq skripka ifası və dirijorluğu ilə dinləyiciləri valeh edir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar