Moskvada vokalçıların Müslüm Maqomayev adına III beynəlxalq müsabiqəsi başa çatıb. Birinci turda müğənnilər həm klassik əsərlər, həm də estrada mahnıları, finalda isə Müslüm Maqomayevin repertuarından mahnılar ifa ediblər. Münsiflər heyətinin sədri Tamara Sinyavskayanın sözlərinə görə, 180 müraciətin daxil olduğu müsabiqədə seçim sərt olub. Finala 9 ölkədən 15 ifaçı çıxıb. Səhnədə məşhur bəstəkarların operalarından ariyalar, estrada kompozisiyaları səslənib. Müsabiqədə Azərbaycanı təmsil edən Azər Rzazadə və Aytac Şahəlizadə üçüncü yeri tutublar. Birinci mükafata Monqolustan təmsilçisi, bariton Ariunbaatar Qanbaatar layiq görülüb. Münsiflər heyəti bu il Qran-pri mükafatını verməmək qərarına gəlib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar