Azərbaycanın və Özbəkistanın dövlət müstəqilliklərinin 23-cü ildönümü münasibətilə oktyabrın 26-da Özbəkistan Dövlət Konservatoriyasında SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin konserti olacaq.
Ölkəmizin Özbəkistandakı səfirliyinin təşkilatçılığı və səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunan konserti Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayiət edəcək.
Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzusunda fortepiano üçün konsert”, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Nurulla Zakirovun “İstadim” vokal-simfonik poemasından fraqmentlər səslənəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar