Noyabrın 19-dan 21-dək Tatarıstanın Kazan şəhəri türk dünyası ifaçılarının “Türkvizyon” mahnı yarışmasına ev sahibliyi edəcək. 2014-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Kazanda 20-dən çox ölkənin təmsilçiləri bir araya gələcək. Xatırladaq ki, “Türkvizyon” müsabiqəsi ilk dəfə ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” Əskişəhərdə (Türkiyə) keçirilib. TMB (Türk Musiqi Birliyi) telekanalının, TAT Media və TÜRKSOY-un təşkilatçılığı ilə ərsəyə gələn möhtəşəm şounu canlı yayımla 300 milyon tamaşaçı izləyə biləcək.
“Türkvizyon” mahnı yarışması artıq ikinci ilində türk xalqları arasında barışın, qardaşlığın və dostluğun simvolu halına gəlib. Müsabiqə türk dilində danışan ölkələrin sənətçilərinin bir araya gəlməsi, ortaq musiqi mədəniyyətini, dilini, sənətini, adət və ənənələrini dünya ictimaiyyəti ilə paylaşmaq üçün vasitə olan önəmli bir layihədir.

Mehparə