Azərbaycanın Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Meksikanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış edib.
Ölkəmizin Meksikadakı səfirliyindən bildirilib ki, muğam ifaçılarının Quanaxuato şəhərində ölkə üzrə hər il keçirilən “Beynəlxalq Servantino festivalı”nda və Mexiko şəhərinin şəhər teatrındakı çıxışlar alqışlarla qarşılanıb. Alim Qasımov və Fərqanə Qasımovanın ölkənin Merida şəhərinin Peon Kontreras de Merida və Quadalaxara şəhərinin Deqoyado de Guadalajara teatrlarında daha iki konsert proqramı ilə çıxışları nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar