Oktyabrın 24-də və 31-də Yaponiyanın paytaxtı Tokioda növbəti dəfə Azərbaycan musiqisi səslənəcək. Bu barədə məlumat verən beynəlxalq müsabiqələr laureatı, hazırda Yaponiyada yaşayan azərbaycanlı Gülnarə Azuma-Səfərova bildirib ki, məqsəd yapon musiqisevərlərini Azərbaycan xalq mahnıları və tanınmış bəstəkarların əsərləri ilə tanış etmək, qədim və zəngin mədəniyyətimizi bu gündoğan ölkədə daha yaxından tanıtmaqdır.
Konsertdə G.Azuma-Səfərova ilə yanaşı, iranlı tarzən Məsud Qurbani və yaponiyalı musiqiçilər Kiyoşi Ohira (saz), Şin Vatanabe (qaval), Yasuhiro Kasamatsu (zurna və balaban), Daisuke Azuma (fleyta) iştirak edəcəklər.
Proqramda Azərbaycan bəstəkarlarından Qara Qarayev, Nazim Əliverdibəyov, Azər Rzayev, Xəyyam Mirzəzadənin klassik əsərləri və xalq mahnıları səslənəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar