Oktyabrın 27-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun kamera musiqisindən ibarət konsert olub.

Konsertdən əvvəl Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun yaradıcılığından söz açıb. Qeyd olunub ki, əsərlərində Şərq musiqisinin təbliğinə geniş yer verən bəstəkarın yaradıcılığına atası Əhməd Bakıxanovun və müəllimi, zəmanəsinin böyük bəstəkarı Qara Qarayevin təsiri olduqca böyükdür. Bəstəkarın musiqi xadimlərimizə yüksək qiymət verdiyi, əsərlərində onların xatirəsini yad etdiyi bildirilib.
Bəstəkarlar İttifaqının yubileyi ərəfəsində təşkil olunmuş ilk konsertdə müəllifin Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr etdiyi “Azərbaycan sonatası”, atası Əhməd Bakıxanova ithaf etdiyi 3 hissəli “Xatirə konserti”, Xalq artisti Sərvər Qəniyevə yazdığı “Türk sonatası” və Şərq mövzusuna həsr edilmiş “Türk rapsodiyası” səsləndirilib. Konsert maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar