Oktyabrın 27-dən 29-dək Macarıstanın Balatonfüred şəhərində “Qızıl payız” musiqi festivalı keçirilib. Festivalda 10-dan çox ölkənin təmsilçiləri iştirak edib. Musiqi bayramında bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə təşkil olunub.
Bəstəkarlar arasında müsabiqədə ölkəmizi təmsil edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Milli Konservatoriyasının əməkdaşı Tural Məmmədlinin “Tünd rənglərin parıltısı” əsəri Qran-pri mükafatına layiq görülüb. Əsəri fortepianoda müəllif, skripkada isə Məleykə Əhədzadə ifa edib.
Digər təmsilçimiz, pianoçuların müsabiqəsində iştirak edən Səbinə Mehdiyeva birinci yeri qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar