Azərbaycanlı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının orkestrini idarə edəcək. Noyabrın 13-də teatrın səhnəsində Cüzeppe Verdinin “Traviata” operası göstəriləcək. Tamaşada orkestrə həmyerlimiz dirijorluq edəcək. Əyyub Quliyev bundan əvvəl Belarus Akademik Böyük Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin premyerasının dirijoru olub.