Əməkdar artist Fərqanə Qasımova Vyanada təşkil olunan “Salam, Şərq” festivalı çərçivəsində solo konsert proqramı ilə çıxış edib.

Vyananın mərkəzindəki “Odeon” teatrında keçirilən konsertdən əvvəl çıxış edən festivalın təşkilatçısı və bədii rəhbəri Norbert Ehrlix festivalda Azərbaycan musiqisinin yenidən səslənməsindən məmnun olduğunu diqqətə çatdırıb. O, konsertin ərsəyə gəlməsinə verdiyi dəstəyə görə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
Qeyd edib ki, Şərq dünyası ilə daim maraqlanan bir insan kimi Azərbaycan musiqi mühiti ilə yaxından tanışdır və Xalq artisti Alim Qasımovun sənətinin daimi izləyicilərindəndir. Alim Qasımovun 1999-cu ildə UNESCO musiqi mükafatı ilə təltif olunmasından sonra Vyanada bu festival çərçivəsində konsert proqramı ilə çıxış etdiyini xatırlayan Norbert Ehrlix muğam ustadının yaradıcılığı barədə tamaşaçılara məlumat verib. Alim Qasımovun öz yetirməsi və qızı Fərqanə Qasımova ilə birgə ifalarının muğam dünyasına yeni rəng, yeni nəfəs qatdığını vurğulayıb.
Sonra konsert proqramı təqdim olunub. Fərqanə Qasımova “Dəli Kür” filmindən mahnı, “Dilkeş” təsnifi, “Bayatı-Şiraz” muğam-dəstgahı, bəstəkar Emin Sabitoğlunun “Arzular” mahnısı, eləcə də Azərbaycan muğam musiqisinin digər incilərini səsləndirib. İfaçını tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət ediblər.
Sonra konsertə xüsusi qonaq qismində qatılan Alim Qasımov tamaşaçıların təkidi və sürəkli alqışları ilə səhnəyə çıxıb və qızı ilə birgə səhnəni bölüşüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar