Oktyabrın 20-dən 26-dək Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında “Ana yurdun ahəngləri” adlı beynəlxalq xalq çalğı alətləri müsabiqəsi keçirilib.

Müsabiqədə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iki gənc iştirakçı qismində, “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə isə beynəlxalq münsiflər heyətinin üzv kimi iştirak edib. Eyni zamanda müsabiqəyə fərdi qaydada qatılan Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbinin şagirdi Şükür Ömərli və Azərbaycan Milli Konservatoriyasının müəllimi, konsertmeyster Svetlana Əhmədova da ölkəmizin müsabiqədə uğurla təmsil edilməsinə yardımçı olublar.
Müsabiqədə Türkiyə, Qazaxıstan, Rusiya və digər ölkələrdən gənc istedadlar da milli alətlərdə bacarıqlarını nümayiş etdiriblər. Təmsilçilərimizdən Şükür Ömərli kiçik yaş qrupunda 1-ci yerə, A.Zeynallı adına Musiqi Kollecinin tələbəsi İbrahim Babayev isə böyüklər arasında 2-ci yerə layiq görülüb. Azərbaycan Milli Konservatoriyasının nəzdində incəsənət gimnaziyasının məzunu Şəhram Sadıqov isə müsabiqənin diplomantı olub. Beynəlxalq münsiflər heyətinin üzvü, “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə festivalın işində yaxından iştirakına görə xüsusi diploma layiq görülüb.
Müsabiqə Daşkənd Milli Konservatoriyasında qaliblərin mükafatlandırılması və qala konsertlə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar