Noyabrın 17-də Heydər Əliyev Sarayında Milli Dirçəliş Günü münasibətilə “Biz sənin övladlarınıq” adlı uşaqlar üçün konsert proqramı təşkil olunacaq. Musiqili-əyləncəli proqramda uşaqları rəngarəng rəqslər, illüziya nömrələri, balaca mahnı ifaçıları və gənc müğənnilərin çıxışı gözləyir. Saat 14:00-da başlayacaq konsertin biletlərini şəhərimizin kassalarından əldə etmək olar.