Cənubi Afrikada Azərbaycan klassik musiqisi konserti

Noyabrın 12-13-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və CAR-da demokratiyanın bərqərar olunmasının 20 illiyinə həsr edilən “Qəbələdən Yohannesburqa. Musiqi sərhəd tanımır” adlı klassik musiqi konserti keçiriləcək. Konsert Azərbaycan Respublikasının CAR-dakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və CAR-da fəaliyyət göstərən “Azərbaycanın dostları” qeyri-hökumət qurumunun birgə təşkilatçılığı ilə keçiriləcək.
Azərbaycanın CAR-dakı səfirliyindən verilən məlumata görə, görkəmli dirijor, professor Yalçın Adıgözəlovun idarə edəcəyi konsertdə solistlər Səidə Tağızadə və Aleksey Miltyuxun Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov və başqa korifey bəstəkarların musiqilərini ifa edəcəklər. Proqrama Sevda İbrahimovanın “Etiraflar” əsərinin premyerası da daxil olunub.
Xatırladaq ki, Yohannesburq Filarmonik Orkestri ənənəvi olaraq Qəbələ Musiqi Festivalında iştirak edir və indi ilk dəfə olaraq CAR-da Azərbaycan klassik musiqisi konsertini keçirəcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar