Qoçaq Əsgərov beynəlxalq “Ud” festivalında möhtəşəm konsert proqramı ilə çıxış edib

İsrailin Qüds şəhərində keçirilən ənənəvi XV beynəlxalq “Ud” festivalı çərçivəsində Azərbaycan muğamı konserti olub. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib ki, Qüds teatrının salonu tanınmış xanəndə Qoçaq Əsgərovun ifasında Azərbaycan muğamını dinləməyə gələn insanlarla dolu olub.
Salondakılar elə muğamın ilk sədalarından Qoçaq Əsgərovun bənzərsiz səsinin sehrinə bürünüblər. Tondan-tona keçən ecazkar musiqi dinləyiciləri ovsunlayıb. Salondakılar virtuoz muğam ifaçısını dinləməklə sanki Azərbaycan ab-havasına köklənib, ölkəmizin təbiətinin qoynuna gəzintiyə çıxıblar. Musiqinin dili ilə bülbülün nəğməsini, ağacların kölgəsi altından axan sərin bulaqların şırıltısını və hətta Bakı küləyinin səsini dinləyiblər. Zərb aləti isə elə bir bənzərsiz ritm yaradıb ki, bu ritmi yalnız ürək döyüntüsünə - dünyanın bir çox ölkələrində konsertlər verən bu kollektivin döyünən ürəyinə bənzətmək olar.
Dinləyicilər ifaçılarımızın çıxışını gurultulu alqışlarla qarşılayıblar. Konsertdən sonra tamaşaçılar pərdə arxasında xanəndə ilə görüşərək heyranlıqlarını bildirib, bu möhtəşəm konsertə görə azərbaycanlı musiqiçilərə təşəkkür ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar