Noyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli yapon pianoçusu Çisato Kusunoki Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (Bakı Musiqi Akademiyası) tanınmış məzunu - SSRİ Xalq artisti Murad Kajlayevə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. Eyni zamanda M.Kajlayev və Ç.Kusunoki Bakı Musiqi Akademiyasında və Bülbül adına orta ixtisas musiqi məktəbində görüşlər keçirəcəklər.
Yaponiyalı musiqiçi Murad Kajlayev ilə 2013-cü ilin sentyabrında Moskvada görüşüb. Məşhur pianoçu M.Kajlayevin əsərlərindən ibarət proqramla qastrol səfərinə çıxıb. Çisato Kusunokinin Bakıya səfəri Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə gerçəkləşəcək.