Noyabrın 7-dən 9-dək Avstriyanın Zalsburq şəhərində keçirilən “Qərb-Şərq mozaikası” («West-Östliche Mozaik») musiqi festivalında bu ölkənin «ÖENM» ansamblının iştirakı ilə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor Firəngiz Əlizadənin müəllif-konsertləri təşkil olunub. Konsertlərdə bəstəkarın vokal və kamera-instrumental əsərləri ifa edilib.
Noyabrın 15-də Almaniyanın Auqsburq şəhərindəki «Qızıl salon»da Firəngiz Əlizadənin klarnet və violonçel üçün «Duo of accordanse» (“İkili vəhdət”) adlı yeni əsərinin premyerası olub. Əsər məşhur alman violonçel ifaçısı, professor Yulius Bergerin 60 illiyinə həsr edilib.
Dekabrın 2-də isə Nyu-Yorkdakı məşhur «Lincoln Center»də Firəngiz xanımın «Oazis» simli-kvarteti ifa olunaq. 1999-cu ildə bəstələnən əsər dünyanın müxtəlif ölkələrinin məşhur salonlarında uğurla təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar