Bakı Musiqi Akademiyasının məktəb-studiyası daim öz yenilikləri, maraqlı tədbirləri ilə diqqət çəkir. Bu günlərdə BMA-nın kiçik zalında məktəb-studiya şagirdlərinin “Musiqi haqqında söz” adlı iki elmi-praktiki konfrans keçirilib. Qeyd olunan tədbirlər kompleks tədris sahəsində məktəb-studiyanın apardığı çoxillik işinin nəticəsidir.
Birinci konfransda 4, 5, 6, 7, ikinci konfransda isə 8, 10 və 11-ci sinif şagirdləri iştirak edirdilər. Hüseyn Bədəlbəyli, Mark Zençenko, Orxan İbrahimov, Rəna Əmirli, Xədicə Mehdiyeva, Günel Hacıyeva və başqa şagirdlərin çox maraqlı çıxışları oldu. Mövzular rəngarəngliyi, müxtəlifliyi ilə seçilirdi və müxtəlif bəstəkarların əsərləri təhlil olunurdu. Şagirdlər danışarkən həm də musiqi əsərlərindən parçaları nümayiş edirdilər. Musiqilər də tədbirə xüsusi rəng qatırdı.
Uşaqların hazırlığında məktəb-studiyanın təcrübəli müəllimləri - Gülbəniz Abdullayeva, Rəna Məmmədova, Turan Məmmədəliyeva və Vəfa Həmidovanın çox böyük zəhmətləri olmuşdur.

Aytən İbrahimova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar