Noyabrın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ Xalq artisti, akademik Arif Məlikovun müəllif konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə tanınmış pianoçu, Fransada yaşayan həmyerlimiz, Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva çıxış edəcək. Proqramda Arif Məlikovun II və VI simfoniyası, “Metamorfozlar” simfonik poeması, “Fortepiano və orkestr üçün konsert”i səslənəcək.