Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə şəhərin ən tanınmış caz məkanı sayılan “Porgy & Bess” klubunda məşhur caz sənətçisi, saksofon ifaçısı Rain Sultanovun “Azərbaycandan yeddi səda” adlı solo layihəsinin təqdimatı olub.
Layihə meneceri Naima Maziç qeyd edib ki, Vyananın ən tanınmış caz məkanı olan bu klub qeyri-adi ifaçılıq qabiliyyətinə malik musiqiçilərlə əməkdaşlıqda maraqlıdır və Azərbaycan caz sənətini təqdim etməkdən məmnundurlar. O, konsertin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib.
Rain Sultanov layihə barədə məlumat verib. Qeyd edib ki, daim əsrarəngiz təbiətə malik ölkəsinin gözəlliklərini musiqinin dili ilə tərənnüm etmək arzusunda olub. Bu ideyanı musiqiçi dostları ilə bölüşüb və onlar ölkəni bölgə-bölgə gəzərək, Azərbaycan təbiətindən ilham aldıqdan sonra yeddi musiqi əsərini ərsəyə gətiriblər. Bu əsərlərin hər birinin öz tarixçəsi var və Azərbaycan təbiətinin fərqli bir mövzusuna həsr olunub.
Sonra konsert proqramı təqdim olunub. Konsertdə Rain Sultanovu Elçin Şirinov (piano), Aleksey Miltix (çello), Yasuhito Mori (kontrabass), Peter Nilsson (zərb alətləri) müşayiət ediblər.
Qeyd edək ki, “Azərbaycandan yeddi səda” layihəsi 2013-cü ilin noyabrında Norveçdə “Rainbow” studiyasında diskə yazılıb. Layihənin tamaşaçılara ilk təqdimatı Vyanada gerçəkləşib.