Vasili Safonov adına Rusiya Akademik Federal Filarmoniyasında görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin “Demon” operasının premyerası keçirilib.
Tamaşada orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edib.
Tamaşa böyük rus şairi və yazıçısı Mixail Lermontovun 200 illiyinə həsr edilib. Layihənin təşkilatçıları Rusiyanın Mədəniyyət Nazirliyi və V.Safonov adına Rusiya Dövlət Filarmoniyasıdır.
Operada əsas rolları beynəlxalq müsabiqələr laureatları Sergey Maydanov, Yelena Filimonova, Mixail Xojigirov və başqaları oynayıblar. Tamaşada filarmoniyanın akademik simfonik orkestri və xoru iştirak edib. Tamaşaçılar səhnə əsərini alqışlarla qarşılayıblar.
V.Safonov adına Rusiya Akademik Filarmoniyası bu ölkənin ən qədim musiqi ocaqlarından biridir və gələn il 200 illik yubileyini qeyd edəcək. 2013-cü ildə Əyyub Quliyev filarmoniyanın orkestrinin baş dəvətli dirijoru təyin olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar