Azərbaycan estradasının zəngin musiqi irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, estrada sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə 2014-cü il 1 aprel tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının nəzdində estrada-simfonik orkestri yaradılıb.
Dekabrın 16-da Heydər Əliyev Sarayında estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək. Kollektivin bədii rəhbəri, tanınmış pianoçu-bəstəkar, Əməkdar artist Salman Qəmbərov, dirijoru Azər Allahverdiyevdir.
Konsertdə Əməkdar artist Xəyyam Mustafazadə və tanınmış müğənnilər Samirə Allahverdi, Aynur İsgəndərli, İlhamə Qasımova və Mədinə Kazımova iştirak edəcəklər. Konsert Azərbaycan estrada musiqi sənətinin yeni bir mərhələsinin başlanğıcı olacaq, orkestrin fəaliyyəti isə bu janrın inkişafına töhfə verəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar