Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 28 fevral tarixində Heydər Əliyev Sarayında caz musiqisinin əfsanəsi, amerikalı caz müğənnisi və dirijoru, 10 dəfə “Qremmi” mükafatı laureatı Bobbi McFerrin və qrupunun konserti keçiriləcək. Nyu-Yorkda opera müğənnisi Robert McFerrin və müğənni Sarah Cooperin ailəsində dünyaya gələn cazmen uşaqlıqdan musiqini sevib, ilk olaraq klarnetdə, sonradan fortepianoda ifa etməyi öyrənib. Vokalçı kimi 1977-ci ildə debüt edib və növbəti ildən “Astral Project” kollektivində oxumağa başlayıb.
Musiqiçinin ilk albomu 1982-ci ildə çıxıb. Onun 1984-cü ildə çıxan növbəti albomu (“The Voice”) heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu idi. Bobbi McFerrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə “Qremmi” mükafatına layiq görülmüş «Don"t Worry, Be Happy» mahnısı ilə dünya şöhrəti qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar