Türkmənistanın paytaxtı Aşqabadda böyük şair və mütəfəkkir Məxdumqulu Fəraqinin 290 illik yubileyi münasibətilə “Məxdumqulu və türk ənənəvi musiqisi” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində Azərbaycanın Türkmənistandakı səfirliyinin dəstəyi ilə Aşqabadda yaşayan soydaşlarımız üçün konsert proqramı təşkil olunub.
Konsertdən əvvəl çıxış edən səfir Vəhdət Sultanzadə ölkələrimiz arasında mədəni əlaqələrin inkişafından, muğam sənətinin zəngin tarixindən, xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərindən söz açıb.
Konsertdə Azərbaycanın Əməkdar artisti Təyyar Bayramovun ifasında muğam və xalq mahnılarımız səsləndirilib. Onu kamançada Toğrul Əsədullayev, tarda Sahib Paşazadə müşayiət edib. Böyük maraqla qarşılanan konsert iştirakçıların zövqünü oxşayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar