Dekabrın 24-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Bakı gecələri-2014” estrada mahnı festivalının qala-konserti keçirilib. Qala-konsertdə 2013-2014-cü illər ərzində yazılmış, dinləyicilər tərəfindən sevilərək hitə çevrilmiş və festivalın təşkilat komitəsi tərəfindən seçilərək proqrama daxil edilən 24 mahnı səsləndirilib.
İki ildən bir təşkil edilən festivalın məqsədi Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafıdır.
Gecədə festivalın laureatı adına layiq görülmüş müğənnilər çıxış edib və onlara Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən mükafatlar təqdim olunub.
Estrada müğənnilərinin rəngarəng ifaları alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar