Dekabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert təqdim edilib.
Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) nəzdində fəaliyyət göstərən “Baku Simfonietta” orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.
Konsertdə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi və Sergey Prokofyevin “Romeo və Cülyetta” baletindən birinci süita səsləndirilib.
Qeyd edək ki, “Baku Simfonietta” orkestri bu ilin fevral ayında ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə yaradılıb. Əsasını beynəlxalq müsabiqələr laureatları təşkil edən kollektiv yarandığı qısa müddətə baxmayaraq, bir neçə uğurlu konsert verib və musiqi ictimaiyyətinin diqqətini özünə cəlb edib.
Orkestrin repertuarında dünya və Azərbaycan bəstəkarlarının əsərləri yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar