İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi və Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə Stokholmda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram konserti keçirilib.
İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Səməd Fərtaş çıxış edərək müasir Azərbaycanın tarixindən və azərbaycançılıq ideologiyasından danışıb, dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla azərbaycanlının Vətən naminə birləşərək əməli işlər həyata keçirməsinin vacibliyini vurğulayıb.
Sonra Azərbaycan mahnı və rəqslərindən ibarət konsert proqramı olub. Tədbirdə səfirliyimizin əməkdaşları, Azərbaycan və türk diasporunun nümayəndələri və media təmsilçiləri iştirak ediblər.