Ankarada Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb.
Tərcümə Mərkəzindən bildirilib ki, “Bengü” nəşriyyatı tərəfindən çap olunan ikicildlikdə Azərbaycanın XX əsrdə yazıb-yaratmış yazıçı və şairlərinin əsərləri yer alıb.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatı bu formatda türk oxucusuna ilk dəfə təqdim olunur. Əsərləri Türkiyə türkcəsinə Qəmər Alxanova və Kəmalə Ələkbərova tərcümə edib.
Antologiyanın təqdimat mərasimi iyulun 14-də Ankarada, TÜRKSOY-un binasında keçiriləcək.