Ye­kun­la­şan il öl­kə­mi­zin mu­si­qi mən­zə­rə­sin­də rən­ga­rəng təd­bir­lər­lə yad­da qa­lıb. Azər­bay­can bey­nəl­xalq əhə­miy­yət­li fes­ti­val­la­ra ev sa­hib­li­yi et­mək­lə ye­nə mu­si­qi dün­ya­sı­nın diq­qət mər­kə­zin­də olub. Hey­dər Əli­yev Fon­du və Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin dəs­tə­yi ilə ke­çi­ri­lən mu­si­qi bay­ram­la­rı (Qə­bə­lə, Üze­yir Ha­cı­bəy­li, Mstis­lav Rost­ro­po­viç bey­nəl­xalq fes­ti­val­la­rı) öl­kə­mi­zin mə­də­ni hə­ya­tın­da mü­hüm ha­di­sə­yə çev­ri­lib.

Bu il mu­si­qi­mi­zin dün­ya miq­ya­sın­da - Mosk­va­da və okea­nın o ta­yın­da təq­dim olun­ma­sı ilə də qü­rur du­yu­la­caq ta­ri­xə dö­nüb. Azər­bay­ca­nın Los An­ce­les­də­ki baş kon­sul­lu­ğu­nun tə­şəb­bü­sü və təş­ki­lat­çı­lı­ğı, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin dəs­tə­yi ilə ABŞ-ın Ka­li­for­ni­ya şta­tı­nın San Die­qo şə­hə­rin­də da­hi bəs­tə­kar Qa­ra Qa­ra­ye­vin “Yed­di gö­zəl” ba­le­ti ilk də­fə nü­ma­yiş et­di­ri­lib. San Die­qo me­ri­nin im­za­la­dı­ğı bə­yan­na­mə­yə gö­rə, 2014-cü ilin 11 okt­yab­rı şə­hər­də “Yed­di Gö­zəl Gü­nü” elan edi­lib.
A­zər­bay­ca­nın mu­si­qi hə­ya­tın­da önəm­li ha­di­sə­lər­dən bi­ri də gör­kəm­li bəs­tə­kar, SSRİ Xalq ar­tis­ti Arif Mə­li­ko­vun “Mə­həb­bət əf­sa­nə­si” ba­le­ti­nin Mosk­va­da - Ru­si­ya Aka­de­mik Bö­yük Teat­rın­da prem­ye­ra­sı olub. Okt­yab­rın 23-də ger­çək­lə­şən prem­ye­ra­da mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­yev çı­xış edə­rək “Mə­həb­bət əf­sa­nə­si”­nin Bö­yük Teatr­da növ­bə­ti səh­nə tə­cəs­sü­mü­nü Azər­bay­can mə­də­niy­yə­ti­nin əla­mət­dar ha­di­sə­si ki­mi qiy­mət­lən­di­rib.
Pa­ris şə­hə­ri­nin 1-ci ra­yo­nu me­ri­ya­sı­nın təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lən 6-cı Bey­nəl­xalq Mə­də­ni Müx­tə­lif­lik Fes­ti­va­lın­da öl­kə­mi­zi Əmək­dar ar­tist Mir­ca­vad Cə­fə­ro­vun rəh­bər­li­yi al­tın­da “Cən­gi” et­no-caz qru­pu təm­sil edib. Qru­pun ifa­sı fran­sız mu­si­qi­se­vər­lə­rin zöv­qü­nü ox­şa­yıb. İl ər­zin­də mu­si­qi­çi­lə­ri­mi­zin bey­nəl­xalq fes­ti­val­lar­da iş­ti­ra­kı, qast­rol sə­fər­lə­ri və so­lo kon­sert­lə­ri də yük­sək sə­viy­yə­də mu­si­qi­mi­zin təb­li­ği­nə xid­mət edib. ABŞ-ın Bos­ton şə­hə­rin­də­ki Berk­li adı­na Ali Mu­si­qi Kol­le­cin­də təh­sil alan Əmək­dar ar­tist, pia­no­çu, bəs­tə­kar Emil Əf­ra­si­ya­bın, Əmək­dar ar­tist, caz ifa­çı­sı İs­far Sa­rabs­ki­nin, “Na­tiq” ritm qru­pu­nun, Xalq ar­tis­ti, pro­fes­sor Yal­çın Adı­gö­zə­lo­vun, mu­ğam ifa­çı­la­rı­mı­zın sa­da­la­ma­dı­ğı­mız on­lar­la kon­serti xa­ri­ci sə­fər­lər­də əl­də edi­lən uğur­lar si­ya­hı­sında­dır.
Hey­dər Əli­yev Fon­du­nun təş­ki­lat­çı­lı­ğı və Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin dəs­tə­yi ilə Yu­na­nıs­ta­nın pay­tax­tı Afi­na­da Qa­ra Qa­ra­yev adı­na Azər­bay­can Döv­lət Ka­me­ra Or­kest­ri və in­cə­sə­nət us­ta­la­rı­nın iş­ti­ra­kı ilə kon­sert proq­ra­mı təş­kil edi­lib. İl ər­zin­də gör­kəm­li bəs­tə­kar və mu­si­qi­şü­nas­la­rın, xa­nən­də­lə­rin yu­bi­ley təd­bir­lə­ri mu­si­qi ic­ti­maiy­yə­ti tə­rə­fin­dən bö­yük məm­nun­luq­la qar­şı­la­nıb. Xalq ar­tis­ti, pro­fes­sor Sü­ley­man Ələs­gə­ro­vun, ta­nın­mış di­ri­jor və bəs­tə­kar, Xalq ar­tis­ti To­fiq Əh­mə­do­vun 90, bəs­tə­kar, pro­fes­sor Sev­da İb­ra­hi­mo­va­nın 75 il­lik yu­bi­ley­lə­ri­nə həsr olun­muş yu­bi­ley ge­cə­lə­ri, SSRİ Xalq ar­tis­ti Arif Mə­li­ko­vun müəl­lif kon­ser­ti və s. sə­nə­tə və sə­nət­ka­ra ve­ri­lən qiy­mə­tin ba­riz nü­mu­nə­si­dir.
Bu il həm də Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın 80 ya­şı ta­mam ol­du. Bu mü­na­si­bət­lə no­yab­rın 1-dən 5-dək pay­tax­tı­mı­zın kon­sert sa­lon­la­rın­da və te­atr səh­nə­lə­rin­də mu­si­qi təd­bir­lə­ri ger­çək­ləş­di.
Mosk­va şə­hə­rin­də da­hi Azər­bay­can bəs­tə­ka­rı Qa­ra Qa­ra­ye­vin ya­şa­dı­ğı bi­na­ya xa­ti­rə löv­hə­si­nin vu­rul­ma­sı, İs­pa­ni­ya­nın Qa­li­si­ya vi­la­yə­ti­nin San­tia­qo de Kom­pos­te­la şə­hə­rin­də ke­çi­ril­miş 20-ci “Wo­mex” dün­ya mu­si­qi­si sər­gi­sin­də öl­kə­mi­zin təm­sil olun­ma­sı da mu­si­qi sə­nə­ti­mi­zin təb­li­ği ba­xı­mın­dan əhə­miy­yət­li ha­di­sə­lər­dir.
2014-cü il­də hə­ya­ta ke­çi­ri­lən la­yi­hə­lər, əl­də olu­nan uğur­lar həm də gə­lə­cək in­ki­şa­fa mün­bit zə­min ha­zır­la­yır, ya­ra­dı­cı in­san­la­rın fəa­liy­yə­ti­ni sti­mul­laş­dı­rır. Ar­zu edi­rik ki, 2015-ci il də mu­si­qi ic­ti­maiy­yə­ti­miz üçün xoş not­lar­la zən­gin ol­sun.

La­lə Azə­ri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar