2014-cü ilin Azər­bay­can in­cə­sə­nə­ti üçün bir sı­ra mü­hüm ha­di­sə­lər, mu­si­qi və te­atr bay­ram­la­rı, sər­gi­lər­lə yad­da qal­dı. Bu sı­ra­da Hey­dər Əli­yev Fon­du­nun dəs­tə­yi ilə ke­çi­ri­lən və Azər­bay­can mə­də­niy­yə­ti­nin dün­ya­ya ta­nı­dıl­ma­sı­na, in­cə­sə­nət əla­qə­lə­ri­nin möh­kəm­lən­mə­si­nə xid­mət edən mu­si­qi fes­ti­val­la­rı­nı xü­su­si qeyd et­mək la­zım­dır.

May ayın­da Ba­kı­da VII Bey­nəl­xalq Rost­ro­po­viç Fes­ti­va­lı, 23 iyul - 1 av­qust ta­ri­xlərin­də Qə­bə­lə VI Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lı, 18-28 sent­yabr ta­ri­xin­də isə Ba­kı şə­hə­rin­də VI Üze­yir Ha­cı­bəy­li Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lı ke­çi­ril­di. Fes­ti­val­lar­da Ru­si­ya, Tür­ki­yə, Cə­nu­bi Af­ri­ka, ABŞ, Ka­na­da, Fran­sa, Avstri­ya, Bel­çi­ka, Hol­lan­di­ya, İs­rail, Uk­ray­na, Ko­re­ya və s. öl­kə­lər­dən məş­hur mu­si­qi kol­lek­tiv­lə­ri, di­ri­jor və so­list­lər iş­ti­rak edir­di.
İ­lin mü­hüm mu­si­qi təd­bir­lə­rin­dən bi­ri də 19-30 okt­yabr ta­ri­xin­də Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin və Azər­bay­can Mə­də­niy­yət Fon­du­nun təş­ki­lat­çı­lı­ğı ilə ger­çək­lə­şən ənə­nə­vi Ba­kı Bey­nəl­xalq Caz Fes­ti­va­lı­dır. Buil­ki fes­ti­va­la Craig Ta­bor­nun trio­su, Terry Li­ne Car­ring­to­nun kvar­te­ti, Te­ren­ce Blanc­har­dın kvin­te­ti, Sten­ley Klar­kın qru­pu ki­mi dün­ya şöh­rət­li mu­si­qi­çi­lər­lə ya­na­şı, Azər­bay­ca­nın ta­nın­mış caz ifa­çı­la­rı və gənc is­te­dad­lar qa­tıl­mış­dı.
Sent­yab­rın 12-də İta­li­ya­nın Ve­ro­na şə­hə­rin­də “A­re­na di Ve­ro­na” kon­sert za­lın­da ilk də­fə ola­raq Azər­bay­can mu­si­qi­çi­lə­ri­nin kon­ser­ti, okt­yab­rın 11-də da­hi bəs­tə­ka­rı Qa­ra Qa­ra­ye­vin “Yed­di gö­zəl” ba­le­ti­nin ABŞ-ın Ka­li­for­ni­ya şta­tı­nın San Die­qo şə­hər teat­rın­da prem­ye­ra­sı, 23 okt­yabr­da Ru­si­ya Aka­de­mik Bö­yük Teat­rı­nın səh­nə­sin­də gör­kəm­li bəs­tə­kar Arif Mə­li­ko­vun “Mə­həb­bət əf­sa­nə­si” ba­le­ti­nin ye­ni­lən­miş qu­ru­luş­da ilk ta­ma­şa­sı mu­si­qi sə­nə­ti­mi­zin dün­ya­da təb­li­ği ba­xım­dan əla­mət­dar ha­di­sə­lər idi. Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın 80 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə 1-5 no­yabr ta­ri­xin­də Ba­kı­da ke­çi­ri­lən fes­ti­val da bir sı­ra öl­kə­lər­dən ta­nın­mış mu­si­qi­şü­nas və bəs­tə­kar­la­rı bir ara­ya gə­tir­miş­di.
Bu il te­atr sə­nə­ti­miz üçün də zən­gin il ol­du. 10-19 sent­yabr­da res­pub­li­ka­nın 12 te­atr kol­lek­ti­vi­nin, ha­be­lə Kal­mı­ki­ya (Ru­si­ya Fe­de­ra­si­ya­sı) və Qa­za­xıs­tan teatr­la­rı­nın iş­ti­ra­kı ilə Şə­ki­də I Bey­nəl­xalq Te­atr Fes­ti­va­lı təş­kil edil­di. Te­atr sə­nə­ti­nin prio­ri­tet mə­sə­lə­lə­rin mü­za­ki­rə­si üçün bö­yük əhə­miy­yət da­şı­yan III Ba­kı Bey­nəl­xalq Te­atr Konf­ran­sı 5-6 no­yabr ta­ri­xin­də ke­çi­ril­di. “Teatr sə­nə­ti­nin mul­ti­kul­tu­ra­lizm-uni­ver­sal də­yər­lər sis­te­min­də ye­ri” möv­zu­su­na həsr olun­muş bu­də­fə­ki konf­rans­da 40-dək öl­kə­dən 150-dək te­atr mü­tə­xəs­si­si, bey­nəl­xalq te­atr tən­qid­çi­lə­ri, re­jis­sor, ba­let­meys­ter, te­atr rəs­sam­la­rı, dra­ma­turq­lar iş­ti­rak edir­di.
Bu il həm­çi­nin qar­şı­lıq­lı mə­də­ni əla­qə­lə­rin güc­lən­di­ril­mə­si məq­sə­di­lə Azər­bay­can­da Tür­ki­yə­nin, Mol­do­va­nın və Ru­si­ya Fe­de­ra­si­ya­sı İn­qu­şe­ti­ya Res­pub­li­ka­sı­nın mə­də­niy­yət gün­lə­ri ke­çi­ril­di.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar