Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında “Səda” Tədris Teatrında Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış müzikl nümayiş olunub.
Universitetdən bildirilib ki, hip-hop, muğam, meyxana və rep janrlarını özündə birləşdirən bu müziklin məşqləri iki aydan çox davam edib. Tələbələr üçün böyük sınaq olan bu tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, musiqi tərtibatçısı və bəstəkarı Murad Quliyevdir.
Leyli obrazını IV kurs tələbəsi Aynurə Ədilova, Məcnun rolunu isə III kurs tələbəsi Əkbər Kərimli ifa edib. Tələbələrə canlandırdıqları obrazlar üçün qrimi rəssamlıq fakültəsinin müəllimi Nəzakət Əhmədovanın rəhbərliyi ilə IV kurs tələbələri hazırlayıblar.