Azərbaycanın Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov yanvarın 11-12-də İranın paytaxtı Tehrandakı “Vəhdət” sarayında geniş konsert proqramı ilə çıxış edəcək.
Xanəndənin mətbuat katibi Səadət Möhübova bildirib ki, artıq konsertin biletləri satışa çıxarılıb. Konsertdə ustad xanəndə qızı, Əməkdar artist Fərqanə Qasımova ilə eyni səhnəyə çıxacaq.
Bildirilib ki, Alim Qasımovu Tehran Simfonik Orkestri müşayiət edəcək. Artıq xanəndə Tehranda məşqlərə başlayıb və böyük həvəslə konsertə hazırlaşır. Proqrama xalq və bəstəkar mahnıları daxildir.
Qeyd edək ki, Alim Qasımov sonuncu dəfə 2014-cü ilin mayında Tehranın “Milad” sarayında konsert verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar