Bu ilin mayında Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində 39 ölkə təmsil olunacaq. Müsabiqənin rəsmi saytında yer alan məlumata görə, ötən il yarışmada iştirak etməyən Kipr, Çexiya və Serbiya yenidən müsabiqəyə qayıdıb. Ukrayna milli televiziyası isə müsabiqədə iştirak etməyəcəyini bildirib. Türkiyə bu il də yarışmada yer almayacaq.
Beləliklə, 60-cı “Eurovision” mahnı müsabiqəsində Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Ermənistan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, İsveç və Böyük Britaniya təmsil olunacaq.
Birinci yarımfinalda 16, ikincidə 17 ölkənin iştirakçısı səhnəyə çıxacaq. Final mərhələsində isə 10 ölkə və “böyük beşliyə” daxil olan Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya, eləcə də ev sahibi Avstriya təmsilçisi iştirak edəcək.
“Eurovision-2015” mahnı müsabiqəsinin püşkatma mərasimi 2015-ci il yanvarın 26-da keçiriləcək. Xatırladaq ki, müsabiqənin I və II yarımfinalı mayın 19-da və 21-də, final mərhələsi isə 23-də olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar