Yanvarın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində muğamşünaslıq üzrə beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub.
Əvvəlcə M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, rəssam Fəxrəddin Əlinin Azərbaycan muğamlarına aid əsərlərinə baxış keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan muğamlarından bəhs edən rəsmləri yüksək dəyərləndirib, bu əsərlərin yüksək poliqrafik üsulla kitab şəklində nəşrinin məqsədəuyğunluğunu qeyd edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli beynəlxalq konfransa hazırlıq məsələləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən, bütün sahələrdə olduğu kimi, mədəni tədbirlərə də geniş yer verilir, o cümlədən muğam sənətinin inkişafına və beynəlxalq səviyyədə təbliğinə böyük səy göstərilir.
AMEA-nın vitse-prezidenti nəşri nəzərdə tutulan “Azərbaycan muğamşünaslığı” məqalələr toplusu və rəsm əsərlərindən ibarət kitab-albomdan da söhbət açıb. Nəşrin bu ilin martında ölkəmizdə keçiriləcək beynəlxalq muğam festivalının və elmi konfransın işinə dəyərli töhfə olacağı vurğulanıb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova məqalələr toplusunun yaxın günlərdə hazırlanaraq rəhbərliyə təqdim olunacağını deyib.
Sonda akademik İsa Həbibbəyli muğamşünaslıq konfransı ilə əlaqədar işçi qrupunun qarşısında duran vəzifələri diqqətə çatdırıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar