Yanvarın 26-da Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa göstəriləcək.
Ölkəmizin Daşkənddəki səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar incəsənət xadimi, professor Firuza Abdurahmanovadır. Musiqi nömrələrini beynəlxalq müsabiqələr laureatı “Qolden Trophu” ansamblı və “Soqdiana” xalq çalğı alətləri orkestri ifa edəcək. Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunacaq.
Qeyd edək ki, “Arşın mal alan” tamaşası Özbəkistanda çox populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər bir neçə il əvvəl Daşkənddəki Operetta Teatrında rus dilində tamaşaya qoyulub, indi də səhnədədir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar