İtaliyanın Fokara şəhərində keçirilmiş musiqi festivalında Azərbaycanı muğam triosu təmsil edib. Dünyanın müxtəlif mədəniyyətlərinə məxsus musiqiləri kəşf etmək və dünya incəsənətinə səyahət etmək məqsədi daşıyan festivalda bir çox ölkələrin tanınmış ifaçıları iştirak ediblər.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin təşəbbüsü ilə festivalda iştirak edən Təyyar Bayramov (xanəndə), Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) tamaşaçılara muğamlarımızın bənzərsiz nümunələrini təqdim ediblər. İtaliyalı musiqisevərlər Azərbaycan muğamının incilərini böyük maraqla dinləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar