Arzu Abbasova Rusiyada müsabiqənin qalibi olub

Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin bəstəkarlıq ixtisası üzrə X sinif şagirdi Arzu Abbasova yeni uğura imza atıb. O, İstedadlı Uşaq və Gənclərə Dəstək Fondunun təşkilatçılığı ilə 2014-cü ilin payızında Rusiya Federasiyasının Novosibirsk şəhərində keçirilən gənc bəstəkarların 17-ci beynəlxalq müsabiqəsinə qatılmışdı. Arzu müsabiqəyə fortepiano və fleyta üçün yazdığı “Nağıllar aləmində” əsərini təqdim etmişdi.
Bu günlərdə müsabiqənin nəticələri ilə bağlı şad xəbər gəlib. Rusiya Federasiyası Bəstəkarlar İttifaqının üzvü, bəstəkar-ifaçıların beynəlxalq müsabiqələrinin laureatı Yekaterina Anisimovanın sədrlik etdiyi münsiflər heyətinin qərarı ilə Arzu Abbasova I dərəcəli diploma layiq görülərək müsabiqənin laureatı adını qazanıb.
Xatırladaq ki, Arzu bu əsəri ilk dəfə 2012-ci ildə Bəstəkarlar İttifaqında keçirilən “Azərbaycanda uşaq musiqisi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfransda ifa etmişdi. İttifaqın sədri, professor Firəngiz Əlizadə əsər haqqında öz müsbət rəyini bildirmişdi. Arzunun müəllimi, Bəstəkarlar İttifaqının üzvü Pikə Axundovadır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar